BAKI, 15 iyun. TELEQRAF
İraqın qərbində yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, Əl-Ənbar vilayətində yerləşən Ayn əl-Əsəd bazasına yönəldilən dronlar hədəfə çatmamış havada vurularaq zərərsizləşdirilib.