"Əgər İran Birləşmiş Ştatlara hücum edərsə, Amerikanın silahlı qüvvələrinin bütün gücü onun üzərinə çökəcək".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bəyan edib.
Trampın sözlərinə görə, belə bir hücum halında İran, indiyə qədər heç kimin görmədiyi qədər güclü cavabla qarşılaşacaq.
O, həmçinin vurğulayıb ki, ABŞ İsrailin İrana qarşı son hücumunda iştirak etməyib. Tramp qeyd edib ki, Vaşinqton Tehranla Təl-Əviv arasında vasitəçilik edə bilər, bu isə regionda davam edən münaqişəyə son qoymaq üçün bir fürsətdir.
“Biz İranla İsrail arasında razılaşmanı asanlıqla əldə edə və bu qanlı münaqişəni dayandıra bilərik”, – deyə Tramp bildirib.