İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilir.
Oxu.Az xəbər verir ki, çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqları verilib. Müvafiq qurumlar tərəfindən respublikanın Bakı və Sumqayıt şəhərləri, Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib.
Nəticələr ictimaiyyətə təqdim ediləcək.