AZ

İran və İsrail bir birlərini vurur Ölən və yaralananlar var

ain.az, Mia.az saytına istinadən bildirir.

İran İsrailin havadan hücumlarına cavab olaraq Tel-Əviv və digər şəhərləri raket və PUA yağmuruna tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, raketlərdən biri İsraildə bir binaya tuş gəlib.

İsrailin yanğınsöndürmə idarəsindən bildirilib ki, dağılan binada güclü yanğın çıxıb, azı 4 nəfər ölüb, bəzi küçələrdə maşınlar yanaraq yararsız hala düşüblər.

İsrail polisindən isə bildirilib ki, raketlər bir neçə binaya da böyük zərər vurub. Məlumatda əhaliyə dağılmış və zədələnmiş binalara girməməklə bağlı xəbərdarlıq olunub: "İlkin məlumata görə, Hayfa şəhərinin şərqindəki Tamra bölgəsində iki mərtəbəli binaya düşüb. Burada ağır yaralanan bir qadın xəstəxanada ölüb, 13 nəfər isə yaralanıb"

İran rəsmi qurumları isə ard-arda açıqlamalar verərək, İsrailə daha sərt zərbələrin davam etdiyini bəyan edirlər.

İsrail qırıcıları isə başda Tehran olmaqla, bir çox şəhərləri bombalayır.

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
mia.az

2Mənbələr