ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
İyunun 15-də səhər saatlarında İran İsrailin müxtəlif bölgələrinə, xüsusilə də Təl-Əviv və ətraf ərazilərə raket hücumu həyata keçirib.
BAKU.WS xəbər verir ki, hücum nəticəsində azı 4 nəfər həlak olub, 137 nəfər yaralanıb, təxminən 35 nəfər isə itkin düşmüş hesab olunur.
Raketlər əsasən Bat Yam, Quş Dan, Şfela vadisi və İsrailin mərkəzi bölgələrinə tuş gəlib. Zərbələr nəticəsində bir neçə yaşayış binası ciddi ziyan görüb, bəzi binaların uçmaq təhlükəsi yaranıb. Xilasetmə xidmətləri dağıntılar altında qalan insanları xilas etmək üçün səfərbər olunub.
İsrailin milli təcili yardım xidməti "Maqen David Adom"un məlumatına görə, yaralananlardan bəş nəfərin vəziyyəti ağır, 20-yə yaxınının isə orta-ağırdır. Xəsarət alanların çoxu qəlpə yaraları və psixoloji şok ilə xəstəxanalara yerləşdirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.