BAKI, TurkicWorld
15 İyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Topçu öz paylaşımında şəhid və qaziləri ehtiramla anaraq, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad etdiyini bildirib.
“Can Azərbaycanın 15 İyun Milli Qurtuluş Günü münasibətilə ən səmimi arzularımı bildirir, vətən və millət uğrunda şəhidlik və veteranlıq zirvəsinə ucalmış bütün qəhrəmanlarımızı rəhmət və minnətlə yad edirəm.
Türk dünyasının böyük oğlu, müasir Azərbaycanın memarı, Ümummilli Lider Ulu Öndər Heydər Əliyevi ehtiramla xatırlayıram. Ruhu şad olsun. “ - deyə o yazısında bildirib.
“30 illik haqsız və qanunsuz işğala son qoyaraq Qarabağı Bakıya gətirən 44 günlük Zəfərin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevi, onun qəhrəman əsgərlərini və nəcib Azərbaycan xalqını səmimi hisslərlə salamlayıram. Dünya bilsin: 'Dəmir Yumruq' yerindədir! Qarabağ Azərbaycandır, nida!” - deyə o qeyd edib.
Qeyd edək ki, Yalçın Topçu paylaşımında həmçinin Türk-İslam coğrafiyasında şəhid və qazilərimizin valideynlərini, xüsusilə bütün fədakar ataları “Atalar Günü” münasibətilə təbrik edib, dünyasını dəyişənlərə rəhmət, yaşayanlara isə can sağlığı və sülh arzulayıb.