79 yaşı tamam olan Donald Tramp, xanımı və hökumət üzvləri ABŞ ordusunun yaranmasının 250-ci ildönümü münasibətilə paytaxt Vaşinqtonda keçirilən hərbi parada qatılıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp və xanımı Melaniya ilə bir sıraada vitse-prezident JD Vens, ABŞ-ın müdafiə naziri Pit Heqset və digər yüksək səviyyəli rəsmilər oturublar.
Məlumatda deyilir ki, paradda 6600 əsgər, 128 tank, zirehli texnika və digər hərbi texnika iştirak edib, təyyarələr və helikopterlər mərasimi izləyən kütlənin üzərindən uçub, paraşüt komandası Vaşinqton abidəsi ərazisində şou göstəriblər: "2 saatdan çox davam edən hərbi paraddan sonra qısa çıxışında ABŞ ordusunu tərifləyən Tramp daha sonra ordu adından ona təqdim olunan bayrağı qəbul edib...".
Lamiyə Əhmədli
MİA.AZ