BAKI, TurkicWorld
ABŞ-ın İsrailin İrana son hücumu ilə heç bir əlaqəsi yoxdur.
TurkicWorld xəbər verir ki, bu sözlər ABŞ prezidenti Donald Trampın Truth Social platformasında verdiyi açıqlamada yer alıb.
“ABŞ-ın bu gün İrana edilən hücumla heç bir əlaqəsi yoxdur. Lakin biz İran və İsrail arasında asanlıqla bir razılaşma əldə edib bu qanlı münaqişəyə son qoya bilərik” - deyə, açıqlamada bildirilib.
O, həmçinin əlavə edib ki, əgər İran hər hansı formada ABŞ-a hücum edərsə, o zaman Amerikanın silahlı qüvvələrinin “indiyə qədər görünməmiş miqyasda” və tam gücü ilə qarşılıq verəcəyini vurğulayıb.