Bu gün – 15 iyun, Azərbaycanın çağdaş tarixində dönüş nöqtəsi olan, xalqımızın taleyində mühüm iz buraxmış bir gündür. 32 il əvvəl, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi vətəndaş qarşıdurmasından, parçalanma və xaosdan xilas etdi. Bu tarixi gün müstəqil dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi və gələcəyə doğru inkişaf etdirilməsi baxımından misilsiz əhəmiyyətə malikdir.
Mən, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri olaraq, bu əlamətdar gün münasibətilə Özbəkistanda yaşayan və dünyanın dörd bir yanında fəaliyyət göstərən bütün soydaşlarımızı səmimi qəlbdən təbrik edirəm.
Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, xalqına olan sevgisi və dönməz iradəsi sayəsində bu gün biz sabit, güclü, müasir və inkişaf edən bir Azərbaycanı görürük. Bu yol hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Qurtuluş Günü yalnız bir siyasi dönüş nöqtəsi deyil, həm də xalqın birlik, iradə və milli həmrəyliyinin simvoludur. Biz, dünya azərbaycanlıları olaraq, bu dəyərlərə sadiq qalaraq dövlətçiliyimizin, milli kimliyimizin və mədəni irsimizin qorunmasına və tanıdılmasına daim töhfə verməyə borcluyuq.
Arzu edirəm ki, müstəqilliyimiz daim möhkəm olsun, inkişafımız davamlı olsun və xalqımızın səsi hər zaman ucalardan gəlsin. Bu bayram günündə hər bir azərbaycanlının qəlbi qürurla döyünsün!
Bayramınız mübarək, əziz həmvətənlər!
Mobil Məmmədov
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri
Özbəkistan, Daşkənd