İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Məlumata görə, Təl-Əvivin ətrafındakı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Hücum zamanı daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan zərərçəkənləri tapmağa tələsir.
Bu arada İranın hava məkanında uçuşlara tətbiq edilən qadağanın müddəti uzadılıb.
Bildirilir ki, hava məkanı 15 iyun saat 15.00-dək (Bakı vaxtı 14.30) bütün uçuşlara qapalı olacaq. Mülki aviasiya idarəsi bütün daşıyıcılara müvafiq bildiriş göndərib.