AZ

Zaqatalada qəzada yaralanan sürücü xəstəxanada ölüb

Zaqatala rayonunda ötən gün yol qəzasında xəsarət alan sürücü bu gün dünyasını dəyişib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 14-də saat 17:00 radələrində rayonun Mosul kəndi ərazisində qeydə alınıb.

Belə ki, motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında orada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Seçilən
7
18
report.az

10Mənbələr