ABŞ-da futbol üzrə klublararası dünya çempionatı start götürüb
Offsideplus.az xəbər verir ki, ilk matçda Lionel Messinin kapitanı olduğu yerli "İnter Mayami" Misirin "Əl-Əhli" klubu ilə heç-heçə oynayıb - 0:0
"Əl-Əhli"dən Mahmud Trezege 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.
Bu gecə çempionatda daha 4 görüş baş tutacaq.
32 klubun 8 qrupda mübarizə apardığı yarış iyulun 13-dək davam edəcək.