AZ

Rəsmilərin 15 İyun – Milli Qurtuluş Günü təbrikləri

Azərbaycan Prezidenti İlham Əliyev 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.

***

Birinci vitse-prezident Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü ilə münasibətilə paylaşım edib. Paylaşımda deyilir.

“Əziz həmvətənlər! Milli Qurtuluş Günü münasibətilə sizi təbrik edir, hər birinizə möhkəm cansağlığı, Vətənimizə sülh və tərəqqi arzulayıram!”.

Mehriban Əliyevanın təbriki rəsmi sosial şəbəkə (“X”, “Facebook” və “İnstagram”) hesablarında (“#MilliQurtuluşGünü” və “#15iyun”) həştəqləri ilə paylaşılıb.

***

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki rəsmi hesabında Prezident İlham Əliyev 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı paylaşımını “retweet” edib.

***

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı üzərində Ümummili liderin fotosu olan Heydər Əliyev Mərkəzinin fonunda paylaşım edib.

Anar Ələkbərovun təbriki rəsmi “İnstagram” səhifəsində paylaşılıb.

***

İqtisadiyyat naziri Mikayıl Cabbarov 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib. Paylaşımda deyilir.

“15 İyun – Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin, əmin-amanlığın və tərəqqinin bünövrəsinin qoyulduğu tarixi gündür. Milli qurtuluş əzminin təntənəsi ölkəmizin uğurlu gələcəyi və davamlı sosial-#iqtisadi inkişafı üçün möhkəm zəmin yaratdı. Bu əlamətdar gün münasibətilə təbriklərimizi çatdırır, Vətənimizə daim yüksəliş və xalqımıza firavanlıq arzulayırıq”.

Mikayıl Cabbarovun təbriki Azərbaycan və ingilis dillərində “X” və “Facebook”, İqtisadiyyat Nazirliyinin “İnstagram” sosial şəbəkə hesablarında (“#MilliQurtuluşGünü” və “#NationalSalvationDay”) həştəqləri ilə paylaşılıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov 15 iyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib. Paylaşımda aşağıdakı cümlələr yer alıb.

“32 il bundan əvvəl Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə ölkə rəhbərliyinə qayıdış tarixi olan 15 iyun - Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində müstəsna əhəmiyyət daşıyır.

Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, müstəqilliyimizin, inkişaf və sabitliyimizin davamlı olmasını arzu edirəm”.

Nazirin təbriki “X” və “Facebook” sosial şəbəkə hesablarında paylaşılıb.

***

Təhsil naziri Emin Əmrullayev 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir.

“Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir.

Dövlətçilik tariximizin çox mühüm səhifəsini təşkil edən bu əlamətdar gün münasibətilə hər birinizi təbrik edirəm”.

E.Əmrullayevin təbriki “X” və “Facebook” sosial şəbəkə hesablarında paylaşılıb.

Seçilən
45
50
vaxt.az

10Mənbələr