AZ

Arda Turan “Şaxtyor”da aşılayacağı futbolu açıqladı

Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan “şaxtaçılar”a hansı üslubda futbolu aşılayacağı haqda söhbət açıb.

Arena.az “Şaxtyor”un rəsmi saytına istinadən, 38 yaşlı türk mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Hər şeydən əvvəl, elə, həmişə olduğu kimi, “Şaxtyor”da biz hücum üslubunda futbol oynayacağıq, bu, dəqiqdir. Amma daha vacibi, mənim fikrimcə, iki əsas məqsəddir. Bunlardan birincisi – komanda, ikincisi isə – digər hədəflərdir. Mən bilirəm ki, hər bir oyunçunun şəxsi tapşırıqları var, amma vacib olanı – komandadır. Əgər mən şəxsi məqsədlərin komanda məqsədləri üzərində üstünlüyünə imkan verməsəm, onda, biz birliklədə tərəqqi edəcəyik. Əgər komanda məqsədləri yüksəkdə olarsa, onda, şəxsi məqsədlər də onların ardınca gələcəklər. Hər kəsin öz həyatı var. Amma ən vacibi – komandanın məqsədidir. Digər xüsuslar da mühümdürlər. Hər bir kəs bu məqama qədər etdiyini edəcək”, deyə Turan vurğulayıb.

Xatrırladaq ki, Arda Turan “şaxtaçılar”ın sükanı arxasında 53 yaşlı niderlandlı mütəxəssis Marino Puşiçi əvəz edib. Donetsk klubu türk mütəxəssislə 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Seçilən
6
arena.az

1Mənbələr