AZ

30 milyonluq ayrılıq - Üç mövsümlük mübarizə bitdi

Üç mövsümdür "sarı-qırmızılı" forma altında yüksələn, performans sərgiləyən 25 yaşlı futbolçu komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, Barış Alper Yılmazın ayrılıq qərarını nəzərə alan "Galatasaray" rəhbərliyi futbolçunun transferinə yaşıl işıq yandırıb.

30 milyon avroluq transfer

Daha əvvəl RB Leipzig tərəfindən edilən 18 milyon avroluq təklif rədd edilsə də, "Galatasaray" yalnız 30 milyon avrodan aşağı olmayan təklifləri nəzərə almağa hazır olduğunu bildirib. "Leipzig"in bu məbləğə çıxmağa hazır olduğu vurğulanır.
Bundan əlavə, Barış Alper Yılmazın gələcək transferindən "Galatasaray"ın 15% pay istədiyi də məlum olub.

"West Ham" olmadı, "Leipzig" olar?

Qeyd edək ki, Barış Alperə qış transfer dönəmində "West Ham United" da maraq göstərmişdi, lakin o zaman bu təklif qəbul edilməmişdi. İndi isə, Leroy Sanenin "Leipzig"ə transferi fonunda Barış Alperin qərarı daha da qətiyyətli olub.

Barış Alper Yılmazın karyerasında yeni səhifə açmağa hazırlaşdığı bu dövrdə, "Galatasaray" azarkeşləri isə onu böyük uğurlarla yola salmağa hazırlaşır.

Kənan
Milli.Az

Seçilən
17
4
milli.az

5Mənbələr