AZ

"Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar bir tarixdə bir araya gəlmişik" - FOTO

Avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 santimetr, Katexçayda 24, Qudiyalçayda 4, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16, Zəyəmçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5, Oxçuçay və Bərgüşadçayda 2 santimetr artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb, su sərfi 132 kubmetr/saniyə olmaqla normanın 78 faizini təşkil edir.

Seçilən
19
sia.az

1Mənbələr