ŞUŞA, 15 iyun. TELEQRAF
15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəni xilas etməsinin tarixi baxımdan mühüm əhəmiyyətini daşıyır.
Teleqraf xəbər verir ki, bunuTÜRKPA-nın Baş katibİ, deputat Ramil Həsən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin yaratdığı yeni reallıq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” bəyanatı bu günkü tarixi reallıqları əks etdirir:
“Bu çağırışlar və liderlərin mövqeyi təkcə regional deyil, qlobal miqyasda yeni nizamın formalaşmasına təsir göstərir”.