"Piza"nın baş məşqçisi Filippo İnzaqi vəzifəsindən ayrılıb.
Offsideplus.az xəbər verir ki, onun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İnzaqi ötən ilin yayından "Piza"nı çalışdırırdı. Onun rəhbərliyi altında komanda A Seriyasına yüksəlib.
51 yaşlı mütəxəssisin "Palermo"nun yeni baş məşqçisi olacağı gözlənilir.