“15 iyun həm tarixi gün, həm də xaosdan, parçalanmaqdan xilas günüdür. Düz 32 il bundan öncə Azərbaycan onu parçalamağa hazırlaşan qurup və dəstələr, eləcə də, bu sahədə onlara dəstək verən xarici dövlətlərin əlaltılarının nəzarətinə keçmək təhlükəsi ilə üz-üzə idi. Artıq idərəolunmaz bir vəziyyət yaranmış, idərəçilik hakimiyyədəki bacarıqsız, səriştəsizlərin əlindən çıxmışdı. Elə bu səbəbdən də dövlət və dövlətçilik ənənəsi olmayan o vaxtki “rəhbərlər” xalqın israrlı təkidi ilə Ulu öndəri hakimiyyətə dəvət etdilər”.
Publika.az xəbər verir ki, bunu hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
Professor qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün tarix yazdığı bir neçə məqamlar var: “O, bu möhtəşəm Qayıdışla tarixi Qurtuluşu həyata keçirdi. 15 iyun Ulu öndərin tarix yazdığı bir gündür. Cənab prezident, Ali Baş Komandan əbəs yerə deməyib ki, danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqillik Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Azərbaycanlı olması ilə həmişə fəxr etmiş və milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi olan şəxsiyyət kimi qəbul edilir. Məhz bu günü Azərbaycan tarixinə şəxsən Heydər Əliyev yazıb. Çünki o, Azərbaycanın bütövlüyünü, bərpasını həyata keçirmək, onun yadellilər tərəfindən işğal edilməməsi üçün bütün həyatını qurban verib”.
Yenilməz düha sahibi olan Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün həyata keçirdiyi xidmətlərin saysız-hesabsız olduğunu vurğulayan professor M.İmanlı onun gördüyü işlərin bəzilərini misal çəkib: “Birincisi, Azərbaycanın parçalanmasının və bölünməsinin qarşısını aldı, ikincisi Milli Ordu qurdu, üçüncüsü çevrilişlərin qarşısının aldı, dördüncüsü Azərbaycanı dünyaya tanıdan və böyük investisiyalar cəlb edən neft müqaviləsi imzaladı, konstitusiyanın qəbul edilməsində müstəsna xidməti oldu, o cümlədən də ağır və acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsini həyata keçirirdi və s.".
Alim deyib ki, sevindirici haldır ki, bu gün Ulu öndərin siyasi, iqtisadi kursu uğurla davam etdirilir: “Ulu öndər Heydər Əliyevin Azərbaycan haqqında düşüncələrini uğurla həyata keçirən cənab Prezident İlham Əliyev həm ata vəsiyyətini həyata keçirdi, həm də İkinci Qarabağ Savaşı ilə Azərbaycanın qalib ordusunu dünyaya tanıtdırdı. Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yeri tutur”.