AZ

İlon Mask Starlink sisteminin İran üzərindən işə salındığını elan edib

Bakı. Trend:

İyunun 14-də amerikalı milyarder və “SpaceX” şirkətinin rəhbəriİlon Mask İran ərazisində Starlink peyk internet sistemininaktivləşdirildiyini bildirib.

Trend xəbər verirki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

“Şüa siqnalları aktivdir”, – deyə Mask yazıb.

O, bu şərhi bir istifadəçinin İran vətəndaşları üçün Starlinkxidmətinin işə salınması ilə bağlı müraciətinə cavab olaraqverib.

Xatırladaq ki, Starlink peyk interneti senzura və internetəçıxış məhdudiyyətlərinin olduğu regionlarda sərbəst əlaqə yaratmaqimkanına görə geniş maraq doğurur.

Seçilən
6
az.trend.az

1Mənbələr