AZ

Hansı bürc necə ata olur?

Həyat yoldaşımızın bizə qarşı münasibəti nə qədər önəmlidirsə, övladımıza qarşı necə bir ata olduğu da bir o qədər vacibdir. Sherg.az bürclərə əsasən ataların xüsusiyyətlərini təqdim edir:

Qoç Bürcü

Qoç kişiləri liderlik etməyi və yol göstərməyi sevir. Bu səbəbdən övladınız üçün adətən həyat müəllimi ola bilər. Ancaq bəzən inadkar və fikrindən dönməyən bir ata ola bilər. Ergenlik dövründə uşaqla ata arasında fikir ayrılıqları yaşana bilər. Buna baxmayaraq, enerjili, istiqamət verən və əyləncəli ata obrazı ilə seçilirlər.

Buğa Bürcü

Buğa kişiləri dostluğa önəm versələr də, ata-övlad münasibətini ciddiyə alırlar. Səbirli və sakit olsalar da, qəzəbləndikdə özlərini itirə bilərlər. Sevgi dolu bir atadır, lakin emosiyalarını idarə edə bilmədiyi anlarda münasibətlər zədələnə bilər.

Əkizlər Bürcü

Əkizlər bürcü kişiləri dəyişkən və hərəkətli təbiətə malikdir. Durağan həyatı sevmədikləri üçün ailə həyatına da dinamizm gətirərlər. Uşaqla birgə kitab oxumaqdan, söhbətlərdən və sosial fəaliyyətlərdən zövq alarlar. Amma bəzən nizam-intizam və sabitlik yaratmaqda çətinlik çəkə bilərlər. Əyləncəli və maarifləndirici bir ata olmaqda üstünlükləri var.

Xərçəng Bürcü

Xərçəng kişiləri ailəsinə ən bağlı atanı təmsil edir. Uşaqlarına qarşı həddindən artıq qayğıkeş və qoruyucu ola bilərlər. Bu, bəzən uşağın özünəinamına mənfi təsir edə bilər. Amma ailənin rifahı üçün həm maddi, həm də mənəvi öhdəliklərini yerinə yetirməkdə səylidirlər.

Şir Bürcü

Şir kişisi üçün övladı qürur mənbəyidir. Təlim, tərbiyə və intizama çox önəm verir. Bəzən bu, uşağa təzyiq kimi gələ bilər. Özünü mərkəzə qoyma meyli olduğundan, uşaqda da daimi özünü təsdiqləmə ehtiyacı yarada bilər. Lakin qoruyucu və sahib çıxan bir ata obrazı olduqları danılmazdır.

Qız Bürcü

Qız kişiləri detallara və nizama önəm verir. Kiçik yaşlarda uşaqla çox maraqlanmasalar da, böyüdükcə aralarındakı əlaqə güclənir. Uşağın bir fərd olduğunu qəbul edir və ona azad qərar vermə imkanı yaradır. Bu, uşağın tez yetkinləşməsinə kömək edir.

Tərəzi Bürcü

Tərəzi kişiləri ata olduqda balanslı və ədalətli olmağa çalışarlar. Uşaq onların həyatında vacib yer tutsalar da, hər şeyin mərkəzi deyillər. Bəzən sizi uşaqdan qısqana bilərlər. Ailə içi tarazlığı qorumaq vacibdir.

Əqrəb Bürcü

Əqrəb kişiləri sərt və avtoritar ata ola bilərlər. Bu, uşaqla soyuqluq yarada bilər, amma onların fikrincə bu doğru tərbiyə yoludur. Əgər uşaq atasının dediklərinə uyğun davranırsa, əyləncəli və mehriban ata ola bilər.

Oxatan Bürcü

Oxatan kişiləri uşaqla dost ola bilən, onlarla birgə oyun oynayıb həyat sevincini paylaşan atalardır. Nizam-intizamı yumşaq formada verməyi bacarırlar. Lakin çox uşaq ruhlu olduqları üçün ana bəzən özünü ailənin kənarında hiss edə bilər.

Oğlaq Bürcü

Oğlaq kişiləri klassik və ənənəvi ata obrazıdır. Ailədə hər kəsin rolu və məsuliyyəti dəqiqdir. Disiplin və qaydalara riayət edən, sakit və ardıcıl ata olurlar. Cəza verməklə tərbiyəni qarışdırmazlar, amma məsuliyyət mövzusunda ciddi yanaşarlar.

Dolça Bürcü

Dolça kişiləri bir qədər məsuliyyətsiz ola bilərlər. Uşaqla yox, daha çox həyat yoldaşı ilə anlaşmazlıqlar yaşayırlar. Bağlayıcı öhdəliklər onları çətinlikdə qoyur. Ata olsalar da, valideynlik məsuliyyətindən tez yorula bilərlər.

Balıqlar Bürcü

Balıq kişiləri çox emosional və sevgi dolu atalardır. Uşaqları ilə dərhal güclü bağ qurarlar. Onları güldürməyi, əyləndirməyi sevirlər. Lakin sərhəd qoymaqda çətinlik çəkirlər. Valideyn rolunda “yaxşı polis” olmaq istədiklərindən, “pis polis” rolu anaya düşə bilər.
Seçilən
6
1
sherg.az

2Mənbələr