AZ

İran İsrailə qarşı yeni güclü hücum planlaşdırır

İran İsrailə qarşı növbəti kütləvi hücum planlaşdırır.

 

Bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

 

Məlumata görə, İsrail Ordusunun İran ərazisinə zərbələr endirməkdə davam etdiyi bir vaxtda İran yaxın saatlarda "ağır və dağıdıcı" hücumlara başlayacaq.

 

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

 

Nəticədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri ölüb. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

 

Öz növbəsində, İran da İsrailə cavab zərbələri endirib.

Seçilən
4
senzor.az

1Mənbələr