AZ

İran-İsrail gərginliyi Ermənistanla Hindistanı qorxudub: Azərbaycana qarşı plan pozulur?

Hindistan Ermənistana Cənubi Qafqazda əsas strateji müttəfiq və tərəfdaş kimi baxır. Lakin İran və İsrail arasında vəziyyətin gərginləşməsi regionda sabitliyi poza və Ermənistanın iştirakı ilə Hindistanın iri layihələrinin həyata keçirilməsinə mane ola bilər.

Publika.az xəbər verir ki, bunu “Hindistan Fondu”nun direktoru Alok Bansal “Sputnik Ermənistan”a müsahibəsində deyib.

"Hindistan, eləcə də Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün İran ənənəvi olaraq strateji tərəfdaş və Avrasiya məkanına çıxış kimi mühüm rol oynayıb. Münaqişənin uzadılması Hindistanın maraqlarına uyğun deyil - ona mümkün qədər tez son qoyulması vacibdir", - Bansal vurğulayıb.

O xatırladıb ki, ötən il Hindistan İranın Çabahar limanını 10 il müddətinə icarəyə götürüb və hazırda onun infrastrukturunu genişləndirir. Ekspertin sözlərinə görə, liman Hindistan tərəfinin rəhbərliyi altında artıq qismən fəaliyyət göstərir, lakin limanla İranın qalan hissəsi arasında quru əlaqəsi hələ də zəif inkişaf edib.

Bu baxımdan Bansal Çabahardan Ermənistana doğru həm dəmir yolu, həm də avtomobil yolu ilə nəqliyyat dəhlizlərinin yaradılmasının vacibliyini vurğulayıb. Bu, Hindistandan malların Orta Asiyaya, Cənubi Qafqaza, Rusiyaya və daha sonra Ermənistan ərazisindən tranzitinə yol açacaq.

Seçilən
5
publika.az

1Mənbələr