BAKI, 15 iyun. TELEQRAF
ABŞ-nin Atlanta şəhərində UFC turniri keçirilib.
Teleqraf xəbər verir ki, gecənin əsas döyüşündə yarımorta çəki dərəcəsinin çempionu Kamaru Usmanla Xoakin Bakli üz-üzə gəliblər.
Qarşılaşma hakimlərin yekdil qərarı ilə Usmanın qələbəsi ilə başa çatıb - 49:46, 49:46 və 48:47.
Kamaru Usman üçün bu, karyerasının 25-ci görüşündə 21-ci qələbəsidir. Xoakin Bakli isə 28-ci döyüşündə 7-ci məğlubiyyətini yaşayıb.
Qeyd edək ki, UFC-nin növbəti turniri Bakıda keçiriləcək. Bakı Kristal Zalında təşkil olunacaq yarış iyunun 21-də baş tutacaq.