ain.az bildirir, Yeniavaz portalına istinadən.
ABŞ-də ilk dəfə 32 komandanın iştirak etdiyi FIFA Klublararası Dünya Kuboku start götürüb.
Yeniavaz.com xəbər verir ki, Mayamidəki açılış matçında Amerikanın “İnter Mayami” və Misirin “Əl-Əhli” klubları qarşılaşıb.
Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
43-cü dəqiqədə “Əl-Əhli” penalti qazansa da, misirli yarımmüdafiəçi Trezeqe onu effektli şəkildə qola çevirə bilməyib.
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi, uruqvaylı forvard Luis Suares və ispaniyalı yarımmüdafiəçi Serxio Buskets matç başa çatanadək meydanda qalıblar.
Bu gün – iyunun 15-də Almaniya çempionu “Bavariya” Yeni Zelandiya “Oklend”i ilə (Bakı vaxtı ilə 20:00), Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ “Atletiko Madrid”lə (23:00), Braziliyanın “Palmeyras”ı isə Portuqaliya “Portu”su ilə (02:00, 16 iyun) qarşılaşacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.