
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı həyata keçirdiyi hücum zamanı yerli istehsal olan “Xaybar” ballistik raketindən istifadə edib. SHOT teleqram kanalının məlumatına görə, Tel-Əviv əyalətinə bağlı Bat-Yam şəhərinin bir rayonunu tamamilə yerlə-yeksan edən zərbə nəticəsində 100-dən çox insan xəsarət alıb.Raketin 2000 km məsafə qət edə bildiyi və 1,5 ton partlayıcı daşıdığı bildirilir. O, həmçinin müxtəlif platformalardan, o cümlədən sualtı qayıqlardan buraxıla bilir.İsrailin Ynet xəbər portalı isə “Magen David Adom” təcili yardım xidmətinə istinadla hücum nəticəsində 125 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını, 35 nəfərin itkin düşdüyünü və 3 nəfərin həyatını itirdiyini bildirib.Ulusum.az
Diqqət Çəkənlər
Tramp: “Bu, nə qrip idi, nə də COVID – İsrailin hücumu idi
Tehranda həyəcan dolu gecə! Xameneinin iqamətgahına raket zərbəsi endirildi
Dubayda 67 mərtəbəli göydələndə yanğın: 3800-dən çox insan təxliyə edildi - VİDEO