Bakı. Trend:
Tovuz, Şəmkir və Gədəbəy rayonlarında intensiv dolu müşahidəolunub.
Trend xəbər verirki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İyunun 14-də saat 20:05-dən 20:08-dək Tovuz rayonuna diametri 18mm olan dolu düşüb. Ertəsi gün – iyunun 15-də isə saat 03:30-03:34aralığında dolunun diametri 20 mm-ə çatıb. Oxşar intensivliklə dolusaat 04:05-04:08 və 06:45-06:50 radələrində Şəmkir rayonuna dayağıb. Burada dolunun diametri 15-20 mm arasında dəyişib. Gədəbəyrayonunun Xarxar kəndi də dolu yağışından zərər görən ərazilərsırasındadır.