Bakı. Trend:
Boliviyanın ədliyyə və institusional şəffaflıq naziri SesarSiles ölkə prezidenti Luis Arseyə istefa ərizəsi təqdim edib.
Trend xəbər verirki, bu barədə o, özünün X platformasındakı hesabında məlumatverib.
Silesin məktubunda qeyd olunur: "Son günlərdə barəmdə əsassızşayiələr və ittihamlar yayıldığını eşitdim. Ölkədə daimihakimiyyətdə qalmağa çalışanlara, hökuməti zəiflətmək və ümumiseçkilərin keçirilməsinə mane olmaq istəyənlərə yeni bəhanəverməmək üçün sizə – dövlət başçısına – istefa ərizəmi təqdimedirəm."
Ədliyyə naziri barəsində yayılan şayiə və ittihamların məzmununuaçıqlamayıb.
Silesin istefası ölkədə sabiq prezident Evo Moralesintərəfdarlarının təşkil etdiyi etiraz aksiyaları fonunda baş verib.Etirazlar zamanı dördü hüquq-mühafizə orqanlarının əməkdaşıolmaqla, ümumilikdə altı nəfər həyatını itirib.