AZ

Türkiyədə hava şarları yerə çırpılıb – Ölü və yaralılar var


Türkiyənin Aksaray vilayətində hava şarları yerə çırpılıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 31 nəfər yaralanıb.
Qeyd olunub ki, İhlara vadisindən qalxan hava şarları güclü külək səbəbindən sürətli eniş edib.
Nəticədə hava şarlarından  birinin pilotu dünyasını dəyişib, 19 indoneziyalı və 12 hindistanlı turist müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Seçilən
4
yeniavaz.com

1Mənbələr