İsrailin hücumu İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqları pozmaq məqsədi daşıyır.
“Report” xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tehran ABŞ-nin bu hücumu dəstəkləməsindən təəssüflənir. Vurğulanıb ki, İran nüvə silahına malik olmayacağına zəmanət verən saziş bağlamağa hazırdır.