AZ

Trampın ziddiyyətli çıxışı: İranla barışıq təklif edir, İsraili isə çıxılmaz duruma salır

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yenidən ziddiyyətli bəyanatları ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Tramp əvvəlcə İsrailin hərbi uğurlarına eyham vuraraq bildirib: əgər 60 gün ərzində nəticə əldə edilməsəydi, diplomatik razılaşma mümkünsüz olardı – “buyurun, indi nəticəsinə baxın”, deyə o əlavə edib.

Daha sonra Tramp gözlənilməz şəkildə Rusiya prezidenti Vladimir Putinlə eyni mövqedə olduğunu açıqlayıb: "Münaqişə mümkün qədər tez dayandırılmalıdır".

Prezidentin son açıqlaması isə daha böyük rezonans doğurub. O bildirib ki, ABŞ-ın İrana qarşı son hücumlarla heç bir əlaqəsi yoxdur və Vaşinqton istənilən an İranla İsrail arasında barışıq yaratmağa, “möhtəşəm bir razılaşma” bağlamağa hazırdır.

İsrail isə bu cür bəyanatlara ehtiyatla yanaşır. Rəsmi Tel-Əviv bildirir ki, əməliyyatdan yeganə çıxış yolu İranın hərbi potensialının tam məhv edilməsidir. Baş nazir Benyamin Netanyahu Vaşinqtonu çağıraraq, “baş qatmağı dayandırmağa və əməliyyata ciddi şəkildə dəstək verməyə” səsləyib.

Siyasi analitik Leonid Şvets isə Trampın davranışını sərt şəkildə tənqid edib:
“Tramp hər dəfə geri çəkilir. O, qorxur".

Musavat.com

Seçilən
8
1
musavat.com

2Mənbələr