AZ

İsrail Kirmanşah və İsfahana zərbələr endirib –İran vətəndaşlarına "hərbi obeyktlərdən uza durun" çağırışı

İsrail İranın qərbindəki Kirmanşahdakı İmam Həsən hərbi bazasına hücum edib. Həmçinin İsfahana zərbə endirib 

AzPost bildirir ki, bu barədə Tasnim Agentliyi məlumat verib.

Ərazidə silsilə partlayışlar baş verib və qatı tüstü qalxır.

 

İsrail ordusunun sözçüsü Avişay Edrey ərəb dilində iranlıları hərbi obyektlərdən uzaq durmağa çağırıb: “Hazırda və ya yaxın gələcəkdə hərbi silah istehsal edən zavodlarda və ya onlara dəstək verən qurumlarda və ya onların yaxınlığında yerləşən bütün şəxslər dərhal bu əraziləri tərk etməli və növbəti xəbərdarlığa qədər geri qayıtmamalıdır. Biz bütün şəxsləri hazırda və ya yaxın gələcəkdə İrandakı bütün silah istehsalı müəssisələrində və onları dəstəkləyən obyektlərdən uzaq olmağa çağırırıq.

Təhlükəsizliyiniz üçün sizdən bu obyektləri dərhal təxliyyə etməyinizi və növbəti xəbərdarlığa qədər ora qayıtmamağınızı tələb edirik. Bu obyektlərin yaxınlığında qalmaq həyatınızı riskə atır”.

AzPost.az

Seçilən
29
azpost.info

1Mənbələr