“2024/2025 mövsümü başa çatdı. Bir neçə həftə sonra yeni mövsümdə görüşərik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan ayrılan əlcəzairl legioner Yassin Benzia “instaqram” hesabında paylaşıb.
O, Ağdam təmsilçisi ilə keçirdiyi oyunlardan ibarət videopaylaşım edərək, yalnız bu cümlələri yazıb. Videoda Benzianın Əlcəzair millisindəki oyunlarının da fraqmentləri var.
Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. o, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib.
"Qarabağ"dakı çıxışlarından sonra Benzia yenidən Əlcəzair millisinı dəvət almışdı.