AZ

Əraqçidən açıq mesaj: İran nüvə silahı istəmir, amma hüququndan da vaz keçməyəcək


İran nüvə silahına sahib olmamağa yönəlmiş istənilən razılaşmaya açıqdır, lakin bu, onun qanuni nüvə hüquqlarından imtina etməsi anlamına gəlməməlidir.

Musavat.com xəbər verir ki, bu fikirləri İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi səsləndirib.

“Biz İranda nüvə silahının yaranmasının qarşısını almağa yönəlmiş istənilən razılaşmaya hazırıq.
Amma əgər bu razılaşmanın məqsədi İranı onun nüvə hüququndan məhrum etməkdirsə, o zaman belə razılaşmanı qəbul etməyəcəyik,” – deyə Əraqçi bildirib.

İran rəsmilərinin bu bəyanatı, Qərbin Tehranla yeni nüvə razılaşması istiqamətində səylərinin növbəti dəfə dalana dirənməsi kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr