AZ

Azərbaycanlı şahmatçılar rapid və blits üzrə dünya çempionatında fərqləndilər

Bakı. Trend:

Londonda komandalar arasında rapid üzrə dünya çempionatıkeçirilib.

Trend xəbər verirki, Azərbaycan çempionu Rauf Məmmədovun heyətində çıxış etdiyi“Freedom” komandası 17 xalla turnirin bürünc medalına sahib çıxıb.Altı qarşılaşmada iştirak edən Məmmədov iki qələbə, bir heç-heçə vəüç məğlubiyyətlə yadda qalıb.

Digər şahmatçımız Şəhriyar Məmmədyarovun çıxış etdiyi“Generation XYZA” komandası isə 15 xalla yarışda 8-ci yeri tutub.Məmmədyarov 12 oyundan səkkizində qalib gəlib.

Blits üzrə dünya çempionatında isə 13 yaşlı azərbaycanlışahmatçı Xaqan Əhməd möhtəşəm nəticəyə imza atıb. Türkiyəkomandasının heyətində mübarizə aparan gənc şahmatçı 5-ci turdadünya reytinqində ikinci yerdə qərarlaşan amerikalı qrossmeysterHikaru Nakamuranı (2804 FIDE) məğlub edib. Eyni gündə blitsyarışında keçirilən 13 oyunun doqquzunda qalib gələn Xaqan, buuğurunun təsadüfi olmadığını sübut edib.

Seçilən
13
2
az.trend.az

3Mənbələr