AZ

Qırğızıstanın İrandakı səfirliyi Azərbaycana təşəkkür etdi

BAKI, 15 iyun. TELEQRAF

"Azərbaycan Dövlət Sərhəd Xidmətinə (DSX) dərin təşəkkürümüzü bildiririk".

Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın İrandakı səfirliyinin əməkdaşı bildirib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında sərhədi keçən andan etibarən göstərilən səmimi və qardaşlıq münasibəti dərhal hiss olunurdu.

“Bizi, bu olduqca təsirləndirdi. Göstərilən isti qarşılanma və dəstəyə görə hər kəsə minnətdarlığımızı bildiririk”.

Xatırladaq ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq, həmin şəxslərin təxliyəsi üçün şərait yaradır.

Seçilən
24
teleqraf.com

1Mənbələr