Vyetnamın mərkəzi hissəsində "Vutip" tropik qasırğasının səbəb olduğu daşqınlar nəticəsində azı doqquz nəfər ölüb, iki nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, mərkəzi rayonda 3,5 mindən çox ev və 88 min hektara yaxın çəltik, həmçinin digər kənd təsərrüfatı bitkiləri su altında qalıb.
Bu il Cənubi Çin dənizini vuran ilk tufan olan Vutip fırtınası yazın əvvəli üçün qeyri-adi yağışlar gətirib və güclü daşqınlara səbəb olub. Təbii fəlakətlər ölkənin mərkəzi hissəsində nəqliyyat əlaqələrini ciddi şəkildə pozub, regionun iqtisadiyyatına xeyli ziyan vurublar.
Bundan əvvəl Vyetnamın Bəndlərin İdarə Edilməsi, Fəlakətlərin Qarşısının Alınması və Nəzarət Departamenti 2400-dən çox sakinin zərər çəkmiş ərazilərdən təxliyə edildiyini bildirmişdi.