AZ

İran özünümüdafiə haqqından istifadə edir – Araqçi

Bakı. Trend:

İran İsrailin hücumlarına cavab olaraq tam şəkildə özünümüdafiəhaqqından istifadə edir.

Trend-inməlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçibu gün (15 iyun) Tehranda xarici ölkələrin diplomatları ilə görüşdədeyib.

Onun sözlərinə görə, təbii ki, İrana hücumlar dayandığı halda,İranın da reaksiyaları dayandırılacaq.

Araqçi deyib ki, həmin məntiqlə İran ABŞ ilə dolayı şəkildə 5raund müzakirə aparıb. 6-cı raundda İran ehtimal olunan razılaşmaçərçivəsində öz təklif paketini ABŞ tərəfinə təqdim etməyi nəzərdətutmuşdu. ABŞ tərəfi ötən raundda öz təklif paketini İran tərəfinətəqdim etmişdi. İranın qənaətincə, ABŞ-nin təklif paketində birsıra problemlər vardı və İran tərəfindən qəbuledilməz idi. İranınfikrincə, təklif olunacaq paket anlaşmanın əldə olunması üçünşərait yarada bilərdi.
“İsrail tərəfi İran və ABŞ arasında nüvə məsələsi üzrə heç biranlaşmanın əldə olunmasını istəmir. Nüvə proqramı ilə əlaqədar İranvə ABŞ arasında dolayı müzakirələrin davam etdiyi bir vaxtda,İsrailin İrana hücum etməsi bunu deməyə əsas verir”, - deyə o qeydedib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, ocümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri,İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı HüseynSalami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid,SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvəalimi və yüksək vəzifəli şəxslər ölüb.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərindəİran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub.

Seçilən
7
az.trend.az

1Mənbələr