AZ

İran İsrailə qarşı hücumları bu halda dayandıracaq - Əraqçi açıqladı

İran Tehrana təcavüzünü dayandırarsa, İsrailə zərbələr endirilməyəcək.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Biz özümüzü müdafiə edirik, bu, özünümüdafiədir. Təbii ki, hücum dayanarsa, biz də cavab verməyi dayandıracağıq", - o deyib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Yüksələn Aslan” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb. Həmin günün axşam saatlarında isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbələri ilə cavab verib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib. Hazırda iki ölkə arasında münaqişə davam edir.

Seçilən
2
13
publika.az

10Mənbələr