AZ

İsrail HHQ Şirazda neft bazasına zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri İrana qarşı hava əməliyyatları çərçivəsində Şiraz şəhərində yerləşən mühüm neft infrastrukturunu – bir neft bazasını hədəf alaraq vurub.

İlkin məlumata görə, hücum nəticəsində yanacaq ehtiyatları məhv olub, obyekt ətrafında genişmiqyaslı yanğın başlayıb.

Hazırda hadisə yerində xilasedici və yanğınsöndürmə qrupları fəaliyyət göstərir.

Seçilən
9
far.az

1Mənbələr