Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gümüş Avropa Liqasında növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl Gürcüstan komandasına 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması İsveç və Lüksemburqa eyni hesabla uduzub.