AZ

Qardaş dedikləri farsları satdı

İranda yaşayan ermənilər, xüsusilə Ermənistan apostol kilsəsinin nümayəndələri, ölkənin hava hücumundan müdafiə sistemi haqqında, Hərbi-Hava Qüvvələrinin yerləşməsi barədə və İsrailə yönələn raketlər və pilotsuz uçuş aparatlarının (PUA) məqsəd və uçuş trayektoriyaları haqqında məlumat toplayır.

Mənbələrə görə, Ermənistan–İran sərhədində fəaliyyət göstərən AB missiyası ilə yanaşı, bu məlumatlar xaricə ötürülür və oradan İsrailə çatdırılır.

Həmin mənbə qeyd edir ki, illərlə davam edən hazırlıq və hücummüdafiə sistemlərinin təkmilləşdirilməsinə baxmayaraq, İrandan İsrailə yönəldilən kütləvi raket və dron hücumlarının gözlənilən nəticəni verməməsinin əsas səbəblərindən biri məhz məxfi məlumat sızmasıdır. Bu kontekstdə İranda yaşayan ermənilər, Ermənistan apostol kilsəsi və AB-nin Ermənistan missiyası xüsusi rol oynayır.

İran xüsusi xidmət orqanları İsrail istehsalı kamikadze PUA-lar daşıyan bir neçə yük maşını və pikapı saxlayıb. İran kəşfiyyatına yaxın mənbələrə görə, əməliyyat ölkənin müxtəlif əyalətlərində həyata keçirilib. Saxlanılanlar arasında Ermənistan vətəndaşları və İranda yaşayan ermənilər var.

İstintaqın versiyasına görə, saxlanılanlar xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət edə bilərdilər. Qeyd edilir ki, erməni şəbəkəsi yalnız daşınmada yox, həm də strateji obyektlərin koordinatlarının ötürülməsində rol oynaya bilərdi.

Seçilən
32
vaxt.az

1Mənbələr