AZ

Cəlilabadda yük avtomobili yandı

CƏLİLABAD, 15 iyun. TELEQRAF

Cəlilabadda ot bağlaması daşıyan yük avtomobili yanıb.

Teleqraf-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Səhidabad kəndində qeydə alınıb.

QAZ-053 markalı yük avtomobilinin sürücüsü Rofət Yaqubov ötüş sahəsindən küləş bağlaması daşıyarkən, yolun müəyyən hissəsində avtomobilin yük bölməsində yerləşən bağlamalar elektrik xətlərinə toxunub və nəticədə qəfil yanğın baş verib.

Yanğın nəticəsində həm avtomobilin yükü, həm də özü tamamilə yanaraq yararsız hala düşüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir.

Seçilən
3
3
teleqraf.com

7Mənbələr