“İsrail hücumlarını davam etdirdiyi müddətdə Tehran ABŞ ilə nüvə müzakirələrində iştirak etməyəcək”.
Pezeşkian İranın diplomatiyaya üstünlük verdiyini, lakin təzyiq altında irrasional tələbləri qəbul etməyəcəyini və ya sionist rejimin hücumlarını davam etdirdiyi bir vaxtda danışıqlar masasına oturmayacağını bildirib.
Makron Pezeşkiandan “tezliklə danışıqlar masasına qayıtmağı” xahiş edib.