“Football-plus.az” xəbər verir ki, bu barədə Şirvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Cəlal nəyə görə komandada saxlanılmadı? “Şamaxı”nın maliyyə durumu buna imkan vermədi, yoxsa müdafiəçinin oyun səviyyəsi “şirlər”i razı salmadı?
Bununla bağlı bilgi almaq üçün klubun idman direktoru Kamran İsmayılovla əlaqə saxladıq:
“Biz ilk addımı atmaq üçün “Arda” ilə əlaqəyə keçdik. Onlar bizə bildirdilər ki, Cəlal özümüzə lazımdı, Bolqarıstana qayıtmalıdı. Ondan sonra futbolçu ilə danışmaqda da bir məna qalmadı. “Arda” futbolçusunu geri istəyir”.
MÜZƏFFƏR QULUZADƏ