"Fənərbağça" klubunun rəhbərliyi "Nitsa"nın futbolçusu Evvan Qessanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" 23 yaşlı hücumçu üçün Fransa klubuna rəsmi təklif göndərib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qessan 2020-ci ildən "Nitsa"nın əsas komandasında çıxış edir.