AZ

COP29 Sədrliyi Almaniyada səfərdədir

BAKI, 16 iyun. TELEQRAF

COP29 Sədrliyi iyunun 16-dan 26-dək keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) uyğun olaraq Törəmə Qurumların 62-ci sessiyasında iştirak etmək üçün Almaniyanın Bonn şəhərində səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, bu səfərdə iştirak Azərbaycanın qlobal iqlim danışıqlarında və çoxtərəfli ekoloji diplomatiyada fəal iştiraka sadiqliyini vurğulayır:

"Hazırkı Sədrlik kimi, COP29 çoxtərəfli prosesdə davamlılığı, inklüzivliyi və fəaliyyəti təmin etməyə sadiq qalır", - məlumatda qeyd olunub.

Seçilən
18
2
teleqraf.com

3Mənbələr