AZ

Bakıda Şıx çimərliyində iki yeniyetmə dənizdə batıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə iki nəfərin batması barədə ilkin məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedici qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

 

Hazırda batdıqları ehtimal edilən şəxslərin - 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməməyə çağırır və təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini xatırladır.

Seçilən
6
11
day.az

10Mənbələr