AZ

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

"Tottenhem" fransalı gən hücumçu Matis Telini heyətinə cəlb edib.

Fanat.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 

Hotspurlular bu ilin fevralında “Bayern Münhen”dən icarəyə götürdüyü 20 yaşlı futbolçunu birdəfəlik transfer edib. Telinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Yerli mətbuat hücumçunun Avropa Liqasının qalibinə 35 milyon avroya başa gəldiyini iddia edib. 

Matis Teli "Tottenhem"in heyətində bütün turnirlərdə 20 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
7
1
fanat.az

2Mənbələr