Hindistanda tıxacda qaldığına görə uçuşa gecikən Bhumi Çauhan adlı qadın "Air India" şirkətinin qəzaya uğrayan təyyarəsinə minə bilməyib. Avtosfer.az xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb. "Yalnız bu on dəqiqəyə görə təyyarəyə minə bilmədim. Bunu izah etməyə söz tapa bilmirəm", - o söyləyib. İyunun 12-də Hindistanın yaşayış massivində qəzaya uğrayan təyyarənin göyərtəsində 242 nəfər olub, onlardan yalnız biri - 11A oturacaqda oturan sərnişin sağ qalıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta